Ölkə futbolu

Ermənilər “Atletiko”nun Azərbaycana edəcəyi jestə görə əl-ayağa düşdülər

İspaniyanın “Atletiko Madrid” futbol klubunun oyunçuları “Osasun” və “Real Madrid” komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı faciəsinin ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxacaqlar.

Üzərində ölkəmizin adı yazılmış köynəklər geyəcək futbolçular bu yolla Azərbaycan xalqının ağrısına şərik olmaq niyyətindədirlər.

Klubun Türkiyədən olan legioneri Arda Turan və daha bir neçə oyunçusu Xocalı soyqırımını pisləyən və dünyada sülhü dəstəkləyən videoroliklər də hazırlamışlar. Həmin videoroliklər klubun saytında yerləşdiriləcək. (AzərTAc)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43