Debüt matçına çıxandan 18 saniyə sonra qol vurdu.
İdmanxeber.com-un məlumatına görə, Almaniya Bundesliqasının 21-ci tur çərçivəsində keçirilən "Borrusiya" (Dortmund) – "Ayntraxt" (4-0) matçında Henrik Mixitaryanı əvəzləyərək, debut oynuna çıxan Miloş Yoyiç, əvəzetmədən 18 saniyə sonra yeni komandasında ilk qolunu vurmağı bacarıb.
Gənc futbolçu qol sevincini baş məşqçisi Yurgen Kloppla bölüşüb.