Peru millisinin baş məşqçisi Serxio Markaryan bu ölkənin Futbol Federasiyası tərəfindən istefaya göndərilib.
Buna səbəb isə erməninin başçılıq etdiyi yığmanın Braziliyuada keçiriləcək mundiala vəsiqə qazana bilməməsidi. Peru seçməsi qrupda 7-ci yeri tutaraq 2014-cü il dünya çempionatının final mərhələsinə yüksələ bilməyib.