Ermənistan Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək.
İdmanxeber.com-un Trend-ə istinadən yaydığı xəbərə görə, iştirak barədə qərarı idmançıların özü verəcək.
Qeyd edək ki, daha əvvəl Ermənistan Güləş Federasiyası Bakıda keçiriləcək I Avropa Oyunlarında erməni güləşçilərin iştirakının əleyhinə olduğunu açıqlamışdı. Federasiya məsələni araşdırdıqdan sonra erməni güləşçilərin Oyunlarda iştirakını mənasız və qeyri-məqsədəuyğun hesab etmişdi.
Ermənistanın idman naziri Qabriel Kazaryan isə bildirmişdi ki, ölkə güləşçiləri I Avropa Oyunlarında mütləq iştirak etməlidirlər.