“Futbolu azarkeşləriimz üçün oynayırıq. Onların komandanın yanında olması, dəstəkləməsi bizi çox sevindirir. İnamlarını görürük və çalışırıq ki, daha yaxşı oynayaq. Oyun başlayandan qollar buraxırıq. Bunun üzərində işləməliyik. Oyun olaraq rəqibdən geri qalmırıq. “Neftçi” isə istifadə etdi. Gələcəyə baxacağıq. Gələn illərə fokuslanacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov “Kəpəz”ə məğlub olduqları oyundan sonra deyib.
Gəncə klubunun çalışdırıcısı hədəfləri haqqında söz açıb:
“Əsas hədəfimiz Premyer Liqada qalmaqdır. Futbolçularımız bu gün bacardıqlarını edirlər. Eyni futbolçulardır, ilin əvvəlində başlamışdılar. Futbolçular bu cür oynaya bilirlərsə, məncə, onlar özlərini inkişaf etdirə bilər. 1-2 oyunçu gətirməklə, komandanı daha gücləndirməyə çalışacağıq. Bugünkü oyunda maksimumu edə bilmədik. Bu da təbiidir. İstəyirik ki, futbolçularımız ən yaxşısını etsinlər. “Neftçi” ilə matçda tam olaraq istədiklərimizi reallaşdıra bilmədik”.