21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha üç futbolçu dəvət olunub.
İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar əsa milli komandaya dəvət alan Bolqarıstanın “Arda” klubunun üzvü Cəlal Hüseynov, “Qəbələ”nin futbolçusu Emin Səfərov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə 21-in düşərgəsinə qoşulub.
Qeyd edək ki, bu gün “Azersun Arena”da keçiriləcək sözügedən görüş saat 18:00-da başlayacaq.