22 Sentyabr 2024
Ölkə futbolu

Əsgər Abdullayev bölgə klubundan getdi

Azərbaycan I Liqasında çıxış edən “İmişli” klubu baş məşqçisi Əsgər Abdullayevlə yolları ayırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi məşqçilər heyəti ilə iclas keçirib və onların hesabatları dinlənilib.

Daha sonra rəhbərlik “İmişli” klubunun son mövsümdəki nəticəsini qənaətbəxş hesab edərək, məşqçilərə təşəkkürünü bildirib. Ə.Abdullayevlə yanaşı, onun köməkçiləri də klubdan göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43