Ötən mövsümü “Çelsi”də keçirən Samuel Eto karyerasını Londonun digər klubunda davam etdirəcək.
İdmanxeber.com-un məlumatna görə, Eto “Everton”la iki illik müqavilə imzalayıb. 33 yaşlı futbolçu bundan öncə bir sıra klubların maraq dairəsində idi. Hətta “Liverpul”un Eto ilə danışıqlar apardığı bildirilirdi. Daha sonra Mersisayd klubu Mario Balotellini üstün tutdu və onu heyətinə qatdı.
Eto “Çelsi”də keçirdiyi 21 oyunda 9 qol vurdu və 5 məhsuldar ötürmə ilə yadda qaldı.