İngiltərənin “Everton” klubu daha bir türk futbolçu ilə güclənə bilər.
İdmanxeber.com-un məlumatına görə, İngiltərə təmsilçisi “Beşiktaş”ın üzvü Oğuzhan Özyakupu da heyətinə qatmağı düşünür. “Qara qartal”la müqaviləsi bitmək üzrə olan və hazırda Türkiyə millisinin də şərəfini qoruyan Oğuzhanın bu transferə “hə” dediyi bildirilir. Əgər ciddi problem çıxmayacağı halda Oğuzhanı da “Everton”da görə biləcəyik.
Qeyd edək ki, “Everton” bundan öncə “Beşiktaş”dan Cenk Tosunu heyətinə qatmışdı.