Kateqoriyasız

Evi qarət olunan “Kəpəz”li: “5 min manatdan çox ziyan dəyib”

Xəbər verdiyimiz kimi, “Kəpəz”in futbolçusu Nicat Süleymanovun Saray qəsəbəsindəki mənzilində oğurluq hadisəsi baş verib.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu saytımıza açıqlamasında məsələyə münasibət bildirib:

“Hadisə aprel ayının 8-də baş verib. Saraydakı evimizdən 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Evə xeyli sayda ziyan dəyib. O küçədə ən sonuncu evlərdən biri bizim evdi. Ona görə də hadisə baş verərəkən qonşulardan heç kim görməyib. Konkret şübhələndiyimiz adam yoxdu. Hazırda məsələ ilə bağlı polis bölməsində araşdırma aparılır. Naməlum şəxslərin tapılması yönündə işlər gedir. Ümid edirəm ki, tez bir zamanda həmin şəxs və ya şəxslər saxlanılacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43