Ölkə futbolu

“Əvvəlki “Şerif” olsaydı, “Zirə” üçün çox çətin olardı”

“Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov klublarımızın avrokuboklardakı şanslarını dəyərləndirib.

Təcrübəli mütəxəssis İdmanxeber.az saytına verdiyi açıqlamada “Zirə”nin Avropa Liqasında, “Sabah”la “Sumqayıt”ın isə Konfrans Liqasında mərəhlə keçəcəyini inandığını bildirib:

“Zirə”nin “Şerif”i keçə biləcək gücü var. Bu gün komandanın səviyyəsi bunun deməyə əsas verir. Əvvəlki “Şerif” olsaydı, “Zirə” üçün çox çətin olardı. Məncə, komanda mərhələ adlayacaq.

“Sumqayıt”ın da “Fehervar”dan zəif olduğunu düşünmürəm. Komanda Macarıstan klubunu keçəcək gücdədi. “Sabah” üçün isə çox güclü komanda düşüb. “Makkabi” çox təcrübəli və güclü klubdu.

Amma “Sabah”ın yeni baş məşqçisi gəlib. Son oyunlarda komanda çox yaxşı çıxış etdi. Onun gəlişindən sonra avrokuboklara vəsiqə qazandılar. Bunları nəzərə alanda, “Sabah”ın də turu keçəcək gücü var. Əgər hər hansı bir  ciddi zədə olmasa, “bayquşlar” növbəti mərhələyə yüksələcək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43