Premyer Liqanın hələ ki, xal qazanmayan yeganə komandası “Kəpəz” daha bir oyunçu almaqla transfer çalışmalarını sonlandıracaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, daha öncədən də yazdığımız kimi Gəncə təmsilçisi Malidən olan 24 yaşlı yarımmüdafiəçi Məhəmməd Banı Azərbaycana gəlməyə razı sala bilib. Tərəflər arasında bir müddətdi gedən danışıqlar müsbət yekunlaşıb.
Son olaraq “İstanbulspor”da oynamış futbolçunun sadəcə viza məsələsi qalıb. Bu da yoluna qoyulduqdan sonra Məhəmməd Ba “Kəpəz”ə qoşulacaq.
Qeyd edək ki afrikalı futbolçu karyerası ərzində Türkiyənin “Erzurumspor”, “Bandırmaspor”, “Menemenspor”, “Adana Demirspor” və “Tuzlaspor” kimi klublarında çıxış edib.