Yaşıl meydanlarda daha bir ölüm hadisəsi yaşanıb.
İdmanxeber.com-un məlumatına görə, bu dəfə ölüm xəbəri Portuqaliyadan gəlib. Belə ki, bu ölkənin üçüncü liqasında çıxış edən
“Turizense” klubunun futbolçusu Aleks Markes dünyasını dəyişib. 20 yaşlı müdafiəçi komandasının “Çarapinxeyrense” ilə keçirdiyi matçın 7-ci dəqiqəsində yerə yıxılaraq keçinib.
Səhətində problemlər olan Markesin ürəktutmasından keçindiyi deyilir.
Maraqlıdır ki, bu klubda futbolçu ölümü ilk dəfə deyil ki, baş verir. Belə ki, 2005-ci ildə komandanın başqa bir üzvü – Mauro Qama yol qəzasında vəfat etmişdi.