Dünən keçirilən Çempionlar Liqasının 1/8 final oyununda PSV – Borussiya (Dortmund) qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, görüş 1-1 hesabıyla başa çatıb. Meydan sahiblərinin yeganə qolunu penaltidən Luk de Yonq vurub.
Mats Hummels həmin epizodun penalti olmadığını düşünür:
”Bizə qarşı verilən penalti zarafat olmalıdır. Yenidən bizə qarşı!”
”Mən inanmıram ki, eyni qərar “Çelsi” və ya PSJ-yə qarşı verilə bilərdi”.