“Fənərbağça” Rusiyanın “Zenit” klubu ilə yoldaşlıq matçı keçirəcək.
İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma milli komandaların Millətlər Liqasındakı matçları zamanı yaranacaq fasilədə baş tutacaq.
Görüş noyabrın 15-də “Şükrü Saracoğlu”da keçiriləcək.