Dünya futbolu

“Fənərbağça”da önəmli itki

“Fənərbağça”nın oyunçusu İrfan Can Kahveçi zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı oyunçunun 2-3 həftə meydanlardan uzaq qalacağı gözlənilir.

İrfan Can 2021-ci ilin yanvarından “Fənərbağça”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 36 oyunda 13 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43