Kateqoriyasız

Fərid Qayıbov İBA prezidentini qəbul etdi

Dekabrın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyovu qəbul edib.

Gənclər və İdman Nazirliyində keçirilən görüşdə Fərid Qayıbovu nazir təyin edilməsi münasibətilə təbrik edən qonaq ölkəmizə səfəri çərçivəsində iştirak edəcəyi tədbirlər barədə məlumat verib.

Umar Kremlyovun səfər proqramının Azərbaycan boksçularına faydalı olacağına inandığını bildirən Fərid Qayıbov qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, Beynəlxalq Boks Assosiasiyası ilə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verir.

​Azərbaycan boksunun hazırkı vəziyyəti, gələcəkdə reallaşdırılması nəzərdə tutulan birgə layihələr və digər məsələlərin müzakirə olunduğu görüşdə Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov və digər şəxslər iştirak ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qarayev bu səbəbdən Azərbaycan millisindən imtina edib

admin

AL-də həftənin oyunçusu adına namizədlər

admin

Uçurumun dibində

admin