17 Sentyabr 2024
Dünya futbolu

Fələstinli futbolçu Qəzzada öldürüldü

Fələstinli futbolçu Həmdi Lubbad Qəzza zolağında öldürülüb. 

İdmanxeber.az-ın məlumatına görə, İsrailin endirdiyi raketlərdən biri oyunçunun evinə düşüb. Nəticədə futbolçu ilə bərabər həyat yoldaşı və dörd qızı da dünyasını dəyişib.

Lubbad “Əl-Yarmuk” klubunda oynayıb, daha əvvəl isə “İttihad Deyr Əl-Balah”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43