22 yaşlı argentinalı yarımmüdafiəçi Kristian Medina məşhur portuqaliyalı Joze Mourinyonun baş məşqçi kimi çalışdığı Türkiyənin “Fənərbağça”sına keçəcək.
İdmanxeber.az-ın məlumatına görə, sentyabrda tərəflər arasında sövdələşmə son anda alınmadı. Lakin ikinci dəfə tərəflər nəhayət razılığa gəldilər – 2025-ci ilin yanvarında Mədinə “Fənərbağça” ilə 5 illik müqavilə imzalayacaq.
Mədinə 2024-cü il Olimpiya futbol turnirində Argentina yığmasında çıxış edib və artıq milli komandada debüt edib.