Kateqoriyasız

“Fənərbağça” Azərbaycanı təbrik etdi – Foto

“Fənərbağça” klubu xalqımızı 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı İstanbul klubunun rəsmi “Feysbuk” səhifəsi yazıb: “Dost və qardaş ölkə Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.

Xatırladaq ki, Azərbaycan 1991-ci il 18 oktyabr tarixində öz dövlət müstəqilliyini bərpa edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43