Dünya futbolu

“Fənərbağça” baş məşqçisini qovdu

Türkiyə Super Liqasında növbəti baş məşqçi ayrılığı gerçəkləşib.

“Fənərbağça” Vitor Pereyra ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Vitor Pereyra mövsümün əvvəlində “sarı-lacivərlilər”in baş məşqçisi təyin olunmuşdu.

17 turdan sonra 28 xal toplayan “Fənərbağça” Super Liqada 5-ci pillədədi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43