Kateqoriyasız

“Fənərbağça” – “Beşiktaş” matçı Bakıda keçiriləcək

2011-ci il Türkiyə Super Kuboku oyunu Bakıda keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə. belə bir iddia ilə qardaş ölkənin məşhur jurnalisti Ertem Şener çıxış edib. O, özünün rəsmi feysbuk hesabında verdiyi məlumatda bildirib ki, “Fənərbağça” ilə “Beşiktaş” arasındakı qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Avqust ayında keçiriləcək qarşılaşmanın tarixi bəlli deyil.

Qeyd edək ki, 2011-ci ildə “Fənərbağça” Türkiyə çempionu olub, “Beşiktaş” isə ölkə kubokunu qazanıb. Ancaq oyun alveri ilə bağlı araşdırmalar başlandığından Super Kubok matçı keçirilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43