“Fənərbağça” braziliyalı futbolçu Anderson Taliska ilə anlaşıb.
İdmanxeber.az-ın məlumatına görə, “Əl-Nəsr”də çıxış edən oyunçu bu gün Türkiyədə olacaq. İstanbul təmsilçisi 30 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə bağlayacaq.
Qeyd edək ki, Anderson Talişka daha əvvəl Türkiyədə “Beşiktaş”ın formasını geyinib.