Dünya futbolu

“Fənərbağça” braziliyalı futbolçu ilə danışıq aparır

“Tottenhem”in futbolçusu Lukas Moura karyerasını Türkiyədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, oyunçu hələ də “Fənərbağça”nın diqqət mərkəzindədir. Mövsüm sonu London klubu ilə müqaviləsi bitən futbolçuya bir neçə klubdan təklif var.

O, Premyer Liqa təmsilçisindən ayrılmaqda isirarlıdır. Moura ilə “Fənərbağça”nın danışıqlara davam etdiyi vurğulanıb.

Təcrübəli futbolçu İstanbul klubundan 3 illik müqavilə və bu müddətdə 10 milyon avro maaş tələb edib. “Fənərbağça” rəhbərliyi isə Lukasın maaş tələbinin azaltmasını istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43