Almaniyanın “Ayntraxt” klubunu futbolçusu Tatu karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı müdafiəçi “Fənərbağça” ilə anlaşmaq üzrədi.
Klublar arasında danışıqların müsbət yönə başa çatdığı və Tatunun yaxın günlərdə İstanbula gələcəyi bildirilir.
Qeyd edək ki, Tatu 2019-cu ildən “Ayntraxt”ın oyunçusudur.