“Fənərbağça” “Əl Əhli”dən “Nyukasl”ın keçmiş futbolçusu Allan Sent-Maksimini transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu oyunçunu icarəyə götürüb. Komandanın yeni baş məşqçisi Joze Mourinyonun fransalının Türkiyə klubuna gəlməsində mühüm rolu olub.
27 yaşlı cinah hücumçusu Səudiyyə Ərəbistanı çempionatında “Əl Əhli”nin heyətində keçirdiyi 31 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə edib .
“Əl Əhli” keçən il “Nyukasl”dan “Sent-Maksimin”i təxminən 25 milyon avroya alıb.