“Fənərbağça” futbolçusu Maurisio Lemosla yolları ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, “sarı-bülbüllər” mərkəz müdafiəçi ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib. 27 yaşlı uruqvaylı futbolçu Braziliyanın “Atletiko Mineyro” klubu ilə anlaşıb və yaxın günlərdə müqavilə imzalayacaq.
Qeyd edək ki, Lemos 2020-2021-ci il mövsümündə İspaniyanın “Las Palmas” klubundan “Fənər”ə transfer olunmuşdu.