Dünya futbolu

“Fənərbağça” İtaliya klubundan futbolçu alır

“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Sassuolo”da oynayan Armand Laurienteni transfer etmək istəyir. 

Super Liqa təmsilçisi 25 yaşlı hücumçu üçün 10 milyon avro ödəməyə hazırdı. Tərəflər arasında danışıqlar başlayıb.

Ötən mövsüm 40 matçda meydana çıxan Lauriente 5 qol vurub, 6 assist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43