Dünya futbolu

“Fənərbağça” “Mançester Yunayted”in futbolçusunu alır

“Mançester Yunayted”in müdafiəçisi Viktor Lindelof karyerasını “Fənərbağça”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı isveçli ilə “Mançester Yunayted”də birlikdə çalışan Türkiyə klubunun yeni baş məşqçisi Joze Mourinyo maraqlanır.

2023/24 mövsümündə Lindelof 28 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43