“Fənərbağça” “Milan”dan Rade Kruniçlə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, Italiya klubu hələ bosniyalı futbolçunun gələcəyi ilə bağlı qərarını verməyib. İstanbul təmsilçisi Cengiz Ünder transferini bitirdikdən sonra 2 yarımmüdafiəçi almaq istəyir.
Kruniç 2019-cu ildən etibarən “Milan”da çıxış edir. O, bu müddətdə 125 oyuna çıxıb və 3 qol vurub.