“Fənərbağça” transfer çalışmalarını davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu İtaliyanın “Sassuolo” klubunda çıxış edən Mert Müldürlə razılığa gəlib.
“Fənər”in oyunçu ilə anlaşdığı bildirilir. Hazırda klubla danışıqlar davam edir.
Mertin “Sassuolo” klubu ilə bir il müqaviləsi var.

