27 Fevral 2025
Dünya futbolu

“Fənərbağça” narazıdı: TFF-yə müraciət

“Fənərbağça” Türkiyə Futbol Federasiyasına hakimliklə bağlı müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu mövsümün geridə qalan matçlarında əcnəbi hakimlərin oyunları idarə etməsini istəyir. Bununla bağlı federasiyaya rəsmi müraciət ünvanlanıb.

Xatırladaq ki, “Fənərbağça” “Qalatasaray” derbisində də görüşü əcnəbi hakimin idarə etməsini tələb etmişdi. Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi matç 0:0 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43