07 Oktyabr 2024
Dünya futbolu

“Fənərbağça” portuqaliyalı futbolçu ilə anlaşdı

“Fənərbağça” portuqaliyalı futbolçu Migel Krespo ilə razılığa gəlib.

İdmanxeber.az “Sporx” saytına istinadən xəbər verir ki, tərəflər bir neçə görüşdən sonra mübət nəticə əldə ediblər. İstanbul klubu müqaviləsi mövsüm sonu bitəcək oyunçuya yeni sözləşmə təklif edib.

Krespo 2027-ci ilə qədər müqaviləni qəbul edib. O, İstanbul klubunda illik 1,5 milyon avro qazanacaq.

26 yaşlı futbolçunun hazırdakı dəyəri 10 milyon avro olaraq göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43