”Fənərbağça” Mateus Saldanya üçün təklifini artırıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu braziliyalı forvard üçün “Partizan”a bonuslarla birlikdə 8 milyon avro önərib. Klub rəsmisi Selahattin Baki Serbiya klubunun rəhbərliyi ilə masa arxasında əyləşmək üçün tezliklə səfərə yollanacaq.
Saldanya yarım mövsüm çıxış etdiyi “Neftçi”də 20 oyuna çıxıb və 5 qol vurub.