“Fənərbağça” serbiyalı futbolçu Duşan Tadiçin müqaviləsini uzatmaq istəyir.
İdmanxeber.az-ın məlumatına görə, məşqçilər heyəti 35 yaşlı oyunçunun çıxışından razıdı. Ona “1+1” illik anlaşma nəzərdə tutulur.
Onun hazırkı müqaviləsi mövsüm sonu başa çatır. Tadiç 2023-cü ildən “Fənərbağça”da çıxış edir.