Türkiyənin “Fənərbağça” və “Kasımpaşa” klubları ölkə kubokunda iştirak etmək istəmir.
İdmanxeber.az-ın məlumatına görə, hər iki klub artıq bu barədə TFF-yə müraciət edib. Federasiya rəhbərliyi onların müraciətinə cavab verməyib.
Əgər klublar “yox” cavabını alsalar, U-19 komandası ilə turnirdə iştirak etmək variantını nəzərdən keçirəcək.