İdman

“Fənərbağça” və “Barselona”dan qələbə – Avroliqa

Dünən basketbol üzrə Avroliqanın 20-ci turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Fənərbağça” öz meydanında Fransanın “Monako” klubunu qəbul edib. Görüşün əsas vaxtı 84:84 hesabı ilə sona çatıb. İstanbul təmsilçisi əlavə vaxtda rəqibindən üstün olaraq, oyundan 98:94 hesabı ilə qalib ayrılıb.

Gecənin digər qarşılaşmasında isə “Barselona” səfərdə “Baskoniya”nın qonağı olub. Kataloniya təmsilçisi rəqibini 85:78 hesabı ilə məğlub edib.

Dünən keçirilən digər oyunlar:

“Virtus” 74:64 “Panatinaikos”

“Makkabi” (Tel-Əviv) 87: 74 “Alba” 

“Valensiya” 89:81 “Partizan”

Turun geridə qalan 4 qarşılaşması bu axşam keçiriləcək

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43