“Fənərbağça” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Fatih Karagümrük”də çıxış edən Levent Mercanla anlaşıb. Tərəflər arasında 3 illik müqavilə bağlanıb.
“Fənərbağça” həmçinin yarımmüdafiəçi Mert Hakan Yandaşın sözləşməsi də uzadıb. O, daha iki il İstanbul təmsilçisinin uğurları üçün çalışacaq.