“Fənərbağça” iki ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubunun heyətində ötən gün “Başakşehir”lə matçda müdafiəçi Rodrigo Bekao və qapıçı Dominik Livakoviç bir müddət komandaya kömək edə bilməyəcək.
Bekao 6 aylıq, Livakoviç isə 3 həftəlik sıradan çıxıb.
Qeyd edək ki, “Fənər” “Başakşehir”ə 3:1 hesabı ilə qalib gəlib.