“Fənərbağça” futbolçusu Çengiz Ünderlə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik oyunçunun performansından narazıdı. Bu səbəbdən də Ünder satışa çıxarılacaq.
Artıq oyunçunun meneceri ilə görüşülüb.27 yaşlı futbolçu 6 aylıq icarəyə göndərilə bilər.
Qeyd edək ki, “Fənərbağ ça” Cengiz Ünderi ötən ilin yayında “Marsel”dən 15 milyon avroya transfer edib.