26 Dekabr 2024
Dünya futbolu

“Fənərbağça”nın hücumçusu Amerika klubuna “yox” deyib

“Fənərbağça”nın 38 yaşlı forvardı Edin Cekoya Amerikadan təklif gəlib.

İdmanxeber.az-ın məlumatına görə, MLS klubu “Los-Anceles” oyunçunun xidmətində maraqlı olsa da, bosniyalı Türkiyədən ayrılmaq istəməyib. Ceko “Fənərbağça”da çempion olmaq istədiyini bildirib.

Təcrübəli forvard “Fənərbaxça”nın heyətində 22 matça çıxıb, 13 qol vurub və 3 asist edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43