17 Sentyabr 2024
Dünya futbolu

“Fənərbağça”nın sabiq futbolçusu silahlı hücuma məruz qaldı

Braziliya millisinin sabiq üzvü Josef de Souza silahlı hücuma məruz qalıb.

İdmanxeber.az-ın məlumatına görə, o, oğlu ilə avtomobildə olarkən naməlum şəxslər tərəfindən soyulduqlarını bildirib. “Vasko da Qama”da forma geyinən yarımmüdafiəçi üzərlərində olan əşyaları götürdüklərini söyləyib.

Josef de Souza karyerası ərzində Türkiyədə “Fənərbağça”, “Beşiktaş” və “Başakşəhər” formaları geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43