Dünya futbolu

“Fənərbağça”ya şad xəbər – qadağa götürüldü

“Fənərbağça” azarkeşləri üçün qoyulan qadağa ləğv edildi.

İdmanxeber.az-ın məlumatına görə, İstnabul klubunun tərəfdarları ötən tur doğma meydanda höküməti istefaya səsləmişdilər. Bunun ardından Türkiyə Futbol Federasiyası Nizam İntizam Komitəsi klubu cəzalandırmışdı.

Alınan qərara əsasən, “Fənərbağça” növbəti tur “Kayserispor” səfərində azarkeşlərin dəstəyindən məhrum edilmişdi. Bu qərara etiraz edən İstanbul təmsilçisi məhkəməyə müraciət edib.

Bu gün keçirilən Kayseri İkinci İdarə Məhkəməsi səfər azarkeşlərinin stadiona giriş qadağasını ləğv edib. Məhkəmə eyni zamanda qarşı tərəfə etiraz üçün bir gün vaxt təyin edib.

Yekun qərarın sabah veriləcəyi bildirilib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43