Kateqoriyasız

Fərid Qayıbov milli komandanı təbrik etdi

Gənclər və idman naziri Fərid Qayıbov sərbəst güləş üzrə Azərbaycan millisini Avropa çempionluğu münasibətilə təbrik edib.

İdmanxeber.az-ın məlumatına görə, nazir bununla əlaqədar feysbukdakı səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: “Hər bir qələbənin arxasında gərgin məşq, qətiyyət və fədakarlıq dayanır. Hər bir zəfər dəstək və alqışa layiqdir. Afərin bizim idmançılara!”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43