Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Fərrux Mahmudov mayın 31-də “Neftçi” Futbol Klubunun baş icraçı direktor vəzifəsindən ayrılıb.