30 Noyabr 2024
Ölkə futbolu

Fərrux Mahmudov “Neftçi”dən ayrıldı – RƏSMİ

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov klub ilə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

F.Mahmudova göstərdiyi xidmətlərə görə təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb.

F.Mahmudov bununla bağlı sosil şəbəkə hesabında paylaşım edib: “Bu gün “Neftçi”nin baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klub ilə qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq. Bu şərəfli, eyni zamanda məsuliyyətli yolun bir parçası olmaqdan qürur duyuram. Bu müddət ərzində qarşıya qoyulan məqsədlərin hamısını reallaşdıra bilməsək də, əsaslı və perspektivli işlərə imza atdıq. Göz qabağında olmayan bu işlərlə böyük bir dövrün, dəyişikliyin təməlini qoyduq. Hər kəsə – komanda yoldaşlarıma, futbolçulara, həmkarlara, azarkeşlərə təşəkkürümü bildirir, “Neftçi”yə uğurlar, layiq olduğu yerlər və parlaq nailiyyətlər arzu edirəm”.

Qeyd edək ki, Fərrux Mahmudov ötən ilin iyulundan “Neftçi”də çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43