“Çelsi”də hər zaman əsas heyətə düşə bilməyən Sesk Fabreqas komandadan ayrıla bilər.
İdmanxeber.com-un məlumatına görə, futbolçu ilə “İnter” klubu maraqlanır. İtaliya təmsilçisi Verrattinin transferini həll edə bilməsə, məhz ispan futbolçuyla razılaşmağa çalışacaq.
Fabreqasın özü “Çelsi”ni tərk etmək istəyir. Belə ki, baş məşqçi Antonio Konte ona tam etimad etmir.
Xatırladaq ki, bir müddət öncə “Milan” Fabreqas üçün 29 milyon funt sterlinq ödəməyə hazır olduğunu bildirmişdi.