Almaniyanın 2-ci Bundesliqasında çıxış edən “Sandhauzen” klubu maraqlı addım atıb.
İdmanxeber.com “Bild”ə istinadən xəbər verir ki, “ağ-qaralar” fahişəxana ilə sponsorluq müqaviləsi imzalayıb.
“Arı yuvası” adlı fahişəxananın reklamı “Hardtvald” stadionunda və klubun oyunları zamanı qarşılaşma üçün hazırlanmış proqramlara yerləşdiriliəcək. Müqavilədə klub azarkeşləri üçün fahişəxanada endirimlərin olması da gözdən qaçmır.