Dünya futbolu

Falkao “Monako”dan getməyəcək

“Monako” Radamel Falkao ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, 31 yaşlı hücumçu ilə müqavilənin müddəti 2020-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, komandanın kapitanı olan Falkao ötən mövsüm Fransa Liqasında 29 matçda 21 qol vurub, 9 qolun ötürməsini verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43