Dünyadan

Falkao od püskürdü: “Milyonlar da bu yalana inanır”

“Mançester Yunayted”də icarə əsasında çıxış edən kolumbiyalı hücumçu Radamel Falkao zədəsinin xroniki olduğu və buna görə də hər məşqdən, hər oyundan sonra dizinə buz qoyulduğu haqda çıxan iddialara sərt reaksiya verib.

İdmanxeber.com-un məlumatına görə, “Monako”ya məxsus hücumçu öz şəxsi “Twitter” hesabında yayılan xəbərlərə belə münasibət bildirib:

“Bir axmaq planlaşdırır, digərləri də bunu peşəkarlıqdan uzaq şərh verir, milyonlar da bu yalana inanır. Bir neçə axmağın edə biləcəkləri necə də qorxuludu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43